YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunun Şıxlı kəndində Vətən müharibəsi şəhidi Əyyub Osmanovun doğum günü qeyd olunub

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Osmanov Əyyub Azər oğlunun doğulub boya-başa çatdığı Şıxlı kəndində doğum günü münasibətilə tədbir keçrilmişdir. Şəhidin 26-cı doğum günü münasibətilə onun adına inşa olunan Şəhid bulağının önündə keçirilən tədbirdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılmışdır. Şıxlı kənd tam orta  məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya səsləndirmişlər.

Şəhid Əyyubun ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Tədbir iştirakçıları şəhidin kənd qəbirstanlığındakı məzarını da ziyarət etmiş,  üzərinə gül-çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhlarına dualar oxunmuşdur.

Qeyd edək ki, iki bacının yeganə qardaşı olan  Əyyub Osmanov 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə cəbhəyə yola düşən Əyyub Osmanov Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidimizin nəşi dekabr ayında tapılmış və dekabrın 17-də  doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

DİGƏR Xəbərlər Arxiv