YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “Çiçəklənən Xarıbülbül” adlı fləşmob keçirilib

Yeni Azərbaycan Partiyasının “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində YAP Yevlax rayon təşkilatında “Çiçəklənən Xarıbülbül” adlı tədbir-fləşmob keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Azərbaycan xalqının əzmi və iradəsinin, dövlətin iqtisadi gücünün, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin ölkəmizin Vətən müharibəsində əldə etdiyi misilsiz qələbəni şərtləndirən əsas amillər olduğunu söyləyib. Bildirib ki, xalqın və Ordunun cənab Prezidentə inamı və Azərbaycan əsgərinin canı-qanı bahasına əldə edilən Qələbə ölkəmizin yeni tarixinə Zəfər günü kimi qızıl hərflərlə yazılıb. Böyük Qələbəni al qanı ilə gerçəkləşdirən şəhidlərimiz Ulu Öndərin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” arzusunu və cənab Prezidentimizin “Qarabağ Azərbaycandır” ideyasını reallaşdırdılar.

Onun sözlərinə görə, ölkənin hər bir yerində olduğu kimi Yevlaxda da Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, YAP fəalları əzəli və əbədi Qarabağın bizə qayıtmasında, torpaqlarımızın bütövlüyünün təmin edilməsində şəhid olan qəhrəman oğullarımızın xatirəsini böyük ehtiramla yad edir, şəhid ailələrinin yanında olurlar.

Şəhid atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Telman Mehdiyev, Milli Məclisin deputatı İlham Məmmədov da 30 illik Vətən həsrətinə son qoyan şəhidlərimizin, qazilərimizin və əsgərlərimizin cəsarət və şücaəti sayəsində əldə olunan möhtəşəm Qələbədən danışıblar.

Daha sonra şəhərin Heydər Əliyev meydanında Malbinəsi kənd Uşaq Musiqi Məktəbinin şagirdi Nuran Həsənzadənin ifasında səslənən “Bayatı-Şiraz” muğamı ilə müşayiət olunan “Çiçəklənən Xarıbülbül” adlı fləşmob keçirilib.

https://youtu.be/voEkbr3-7IQ