YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Cəmil Məmmədlinin məzarı və ailə üzvləri ziyarət olunub

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və partiya əməkdaşları Vətən müharibəsində böyük şücaət göstərərək şəhadət zirvəsinə ucalan Məmmədli Cəmil Habil oğlunun ildönümü münasibəti ilə şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailəsi ilə görüşən təşkilat nümayəndələri onların qayğı və problemləri ilə maraqlanıblar.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Cəmil Məmmədli döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.