YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabad rayonunda şəhid Qasımov Ümüd anılıb

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayyəndələri, hüquq-mühafizə orqanları, din xadimləri və qazilər Vətən müharibəsi şəhidi Qasımov Ümüd İlqar oğlunun ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

Anım mərasimində şəhidin ruhuna dualar oxunub, valideynlərinə dərin hüznlə başsağlığı verilib, əziz xatirəsini ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!