YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyandan olan şəhid ailələri ziyarət olunur

Salyanda İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin ildönümləri qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərvaycan Partiyası Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını və ailələrini ziyarət ediblər.

Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid Ələkbər Bəndəliyevin Prezident İlham Əliyev tərəfindən təltif olunmuş «Laçının azad olunmasına görə» medalını onun valideyninə təqdim edib.