YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Röyal Qaçayevin ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Məclisin deputatı  Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Sündü kəndində  şəhid Qaçayev Röyal Fərman oğlunun şəhadətinin ildönümü münasibətilə məzarını ​ziyarət ediblər.

Tədbir iştirakçıları Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən şəhid Röyal Qaçayevin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.

Sonra şəhidin ailəsi ziyarət edilib.

Ziyarət zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Bildirilib ki, şəhid Qaçayev Röyal Fərman oğlu kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.

Qeyd edək ki, şəhadətə qovuşan Qaçayev Röyal Fərman oğlu ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.