YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid mayor Hüseynağa Balıyevin məzarı ziyarət olunub

Salyan rayonunda İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Balıyev Hüseynağa Salman oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak edib, məzarını ziyarət edib, önünə gül dəstələri düzübş, ruhuna dualar oxuyublar.

Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam edib.

Qeyd edək ki, mayor Hüseynağa Balıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda» medalı və «Qarabağ» ordeni ilə təltif edilib.