YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhidlərin anım mərasimləri keçirilib

Zaqatalada Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan rayonun Lahıc və Muxax kəndindən olan Məmmədov Vüsal Nəsib oğlunun və Məmmədov Vidadi Etibar oğlunun anım mərasimləri keçirilib.

Şəhidlərin ildönümü ilə əlaqədar YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri onların məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra partiya nümayəndələri şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv