YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

Oktyabrın 7-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının, rayonun  Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin  və gənclərin birgə iştirakı ilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.

Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub, məzarları  üzərinə tər qərənfillər düzülərək xatirələri ehtiramla yad edilib. 

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.