YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya səfiri: Rusiya-Azərbaycan münasibətlərinin iqtisadi bazisi böhranlı halların mənfi təsirinə müqavimət göstərməyə imkan verir

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya biznesinin və Azərbaycanda işləyən Rusiya-Azərbaycan müştərək müəssisələrinin nümayəndələrini birləşdirən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının fəalları ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, V.Doroxin tədbirdə çıxış edərək, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətlərinin vəziyyəti, səfirliyin Rusiya şirkətləri ilə azərbaycanlı tərəfdaşların qarşılıqlı fəaliyyətinə yardım göstərilməsi istiqamətində işi barədə məlumat verib.
Səfir vurğulayıb ki, son illər Azərbaycan-Rusiya münasibətlərində yaradılan iqtisadi bazis dünya iqtisadiyyatında böhranlı halların mənfi təsirinə müqavimət göstərməyə imkan verib. İki ölkənin biznesmenləri arasında Rusiya-Azərbaycan mehriban qonşuluq ənənələrinə əsaslanan etimadın qorunub saxlanması, bir-birinin uğur qazanmasında maraqlı olmaq bunun mühüm təminatıdır.
Görüş iştirakçıları Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafında palatanın rolunun artırılmasının zəruri olduğunu bildiriblər.