YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid abidələrinin abadlaşdırılması aksiyası davam etdirir

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının əməkdaşları şəhid məzarlarının, abidələrinin, barelyeflərinin və şəkil lövhələrinin abadlaşdırılması aksiyası çərçivəsində öz fəaliyyətini uğurla davam etdirir.

Oktyabrın 5-də aparatın əməkdaşları Sumqayıt şəhərində 1-ci Qarabağ müharibəsi şəhidləri Abbasov Adil və Abbasov Nazim Xasay oğlunun xatirəsinə həsr olunmuş barelyefin abadlaşdırılmasında iştirak ediblər. Əməkdaşlar barelyefin ətrafında təmizlik işləri görüb, abidənin abadlaşdırılmasında yaxından iştirak ediblər.

Abadlaşdırmadan sonra abidəyə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.