YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Müharibənin yenicə başa çatdığı regionda gərginlik heç bir ölkənin marağına uyğun deyil

      «Zaman-zaman İranın Azərbaycan əleyhinə təxribata əl atdığı artıq rəsmi səviyyədə də müzakirə edilib. 44 günlük İkinci Qarabağ  müharibəsindən sonra   İranın Azərbaycana qarşı aqressiyası daha açıq şəkildə özünü büruzə verir.  Həmçinin, regionda baş verən geosiyasi dəyişikliklərin, Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad  və İran-Azərbaycan sərhəddində nəzarəti bərpa etməsi rəsmi Tehranın maraqlarına cavab vermir.»

  Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

  M.Cəfərov qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə İran həmin ərazilərdə  qanunsuz  fəaliyyət də göstərib: «İran hakimiyyəti hər zaman ermənipərəst mövqeyini qabarıq şəkildə büruzə verib. 30 illik işğal dövründə İranın separatçı qurumla işbirliyinə, işğal altındakı Azərbaycan ərazilərində birgə qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair saysız-hesabsız  faktlar mövcuddur.» 

   «Azərbaycan daim  İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə səy göstərərək  bir sıra mühüm regional layihələrdə bu ölkə ilə tərəfdaşdır. Lakin rəsmi Tehran  bütün qonşuluq, vahid din birliyi məsələsini unudaraq Azərbaycan hökümətinin ona qarşı humanist dəyərlərinə qarşılıq olaraq təxribatlara əl atır. İranın Azərbaycana bu cür yanaşma nümayiş etdirməsinin   səbəblərindən biri də İsrail ilə  əlaqələrimizin yüksək səviyyədə olmasıdır. Amma onu da qeyd edək ki,  müharibənin yenicə başa çatdığı regionda gərginlik heç bir ölkənin marağına uyğun deyil»,- deyə millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv