YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO nümayəndələri Hərbi Hava Qüvvələrinin zabitləri üçün kurs keçir

Martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların edilməsi nəzərdə tutulub.
Təlim martın 6-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv