YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sumqayıt şəhər təşkilatının üzvləri qaziləri ziyarət edib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və qazilərimizlə görüşlərini davam etdirir.

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Hüseynov və təşkilatın nümayəndələri Vətən müharibəsinin iştirakçılarını evlərində ziyarət ediblər və onların qayğıları ilə maraqlanıblar. Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Qarabağ Zəfəri münasibətilə qazilərimizi və onların ailə üzvlərini ürəkdən təbrik edən Ramiz Hüseynov Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıq göstərən qazilərimizə təşəkkür edib, onlara Allahdan şəfa diləyib. R.Hüseynov bildirib ki, dövlətimiz hər zaman Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllini diqqət mərkəzində saxlayır.

Görüşdə Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə ağır döyüşlərdə iştirak edən qəhrəman qazilərimiz keçdikləri döyüş yolundan danışıblar, ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevlə və Ordumuzla qürur duyduqlarını bir daha vurğulayıblar. Qazilərimiz və ailə üzvləri göstərilən diqqətə görə öz razılıqlarını bildiriblər.