YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhid ailələri ziyarət edilib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının fəalları, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon sakini, şəhid Məmmədov Elvin Mahmud oğlunun əziz xatirəsinə həsr olunmuş bulaq abidəsinin açılışında iştirak edib, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Əliabad qəsəbə sakini İrapov İsmayıl Nəsrulla oğlu və Zaqatala rayon Aşağı Çardaqlar kənd sakini Abakarov Nail Müzəffər oğlunun ildönümü  ilə əlaqədar məzarlarını ziyarət ediblər. Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra Şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə ediblər.