YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhid Məcid Məmmədovun anım günü qeyd olunub

Cəlilabadda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri şəhid Məcid Məmmədovun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Hacıcavad kənd sakini, şəhid Məcid Məmmədovun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, əziz xatirəsini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!