YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda şəhidlərin xatirəsi anılıb

Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu və əsgər Behbudlu Behbud Rübail oğlunun şəhadətindən bir il ötür.

Bununla əlaqadar olaraq YAP rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini  Fəqət Şadlinskaya və təşkilatın  fəalları ilə şəhidlərin il mərasimində iştirak ediblər.

Şəhidlərin ailələri ilə görüş zamanı YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi qələbə qazandı. Bu qələbəni bizə yaşadan qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi şücaət xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Şəhidlərin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.