YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, bölgədə təhlükəsizliyin təmin olunması, birgə həyata keçirilən layihələr müzakirə olunub.

Söhbət zamanı hərbi təhsil sahəsində əməkdaşlığın və mövcud ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri də diqqət mərkəzində olub.