YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Vahidi: Qapılarımız qonşularımızın üzünə hər zaman açıqdır

Qapılarımız qonşularımızın üzünə hər zaman açıqdır. Biz bütün qonşularımızla yaxşı əlaqələr qurmaq istəyirik.

Bu sözləri Tehranda keçirdiyi mətbuat konfransında İranın daxili işlər naziri Əhməd Vahidi deyib. Azərbaycan ilə münasibətlərə toxunan nazir bildirib ki, üçüncü qüvvələrin əlaqələrimizə zərər gətirməsinə imkan vermək olmaz. Problemləri qarşılıqlı dialoq əsasında həll edə bilərik.

Əhməd Vahidi nəzərə çatdırıb ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlılıq var və buna hörmətlə yanaşmaq lazımdır. “Biz qonşularımıza hər zaman dostluq əli uzadırıq”,- deyən nazir, onu da vurğulayıb ki, İranın cənub sərhədlərində keçirilən hərbi təlimlər dostlarımız üçün dostluq və təhlükəsizlik mesajidır.