YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Əhliman Əmiraslanov şəhid ailələri və qazilərlə görüş keçirib

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Əhliman Əmiraslanov YAP Sabirabad rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirib.

Görüş zamanı deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib. Millət vəkili həmçinin Şəhid ailələri və qazilərin sağlamlığında olan problemlərlə  maraqlanaraq onların həllinə çalışacağına söz verib.

Seçicilərlə görüşdən sonra YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva özünün lahiyə rəhbəri olduğu Sabirabad şəhidlərinin əziz xatirəsinə həsr olunmuş «Fatehlər» kitabını Əhliman Əmiraslanova hədiyyə edib.