YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkmən qazının Avropa bazarlarına çıxarılmasında Azərbaycanla da yaxın əməkdaşlıq aparılır

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşümüzdə türkmən qazının Türkiyəyə və Türkiyədən Avropa bazarlarına çıxarılması istiqamətində fikir mübadiləsi apardıq. Bu mövzuda Türkmənistan ilə Türkiyənin baxışları eynidir. Bu sahədə başda Azərbaycan olmaqla digər bölgə ölkələrlə də yaxın əməkdaşlıq edirik.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, Orta Asiyanın Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxmasında Türkmənistan xüsusi bir mövqeyə sahibdir. Türkmən qardaşlarımız da bunu fürsətə çevirmək və daha yaxşı qiymətləndirmək üçün çox böyük səylər göstərirlər.
Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qardaş ölkədə rəsmi səfərdədir.