YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrik ünvanladı.

Təbrikdə deyilir: “Makedoniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Makedoniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”