YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ürəkdən təbrik edirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

Qardaş ölkə başçısının rəsmi Tviter hesabı vasitəsilə yayımlanan təbrik mesajında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edirəm.

Bütün Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm”.