YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanda Ümumrespublika “Xəmsə” Festivalının IV regional turu keçirilib

Naxçıvan Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının təşkilatçılığı ilə gənclər arasında “Nizami Gəncəvi ili”nə həsr olunmuş Ümumrespublika Xəmsə Festivalının Naxçıvan Muxtar Respublikasındakı seçmə mərhələsi baş tutub. Oyunun keçirilməsində məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, həmçinin,  intellektual oyunların kütləviliyini təmin etməkdən ibarətdir.

Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi Anar İbrahimov muxtar respublikada gənclərə və gənclər təşkilatlarına göstərilən dəstək və dövlət qayğısından danışıblar. Həmçinin, dahi şair Nizami Gəncəviyə həsr olunmuş tədbirlərin keçirilməsinin əhəmiyyəti və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyi bir daha vurğulanıb. Daha sonra  oyunda yarışacaq komandalara uğurlar arzulayıblar.

Oyunda Yeni Azərbaycan Partiyasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və Naxçıvan şəhər təşkilatlarını təmsil edən təmsil edən komandalar iştirak edib. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda ən çox xal toplayan Naxçıvan şəhər təşkilatını təmsil edən komanda I yerin sahibi olaraq, muxtar respublikanı Gəncə şəhərində keçiriləcək ümumrespublika final mərhələsində təmsil etmək haqqı qazanıb.