YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qlobal Bakı Forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyinin üzvləri Monteneqro Prezidenti Milo Cukanoviç və Albaniyanın Baş naziri Edi Rama ilə görüşüblər.

Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, görüşdə VIII Qlobal Bakı Forumu, Balkan yarımadasının qərb hissəsində reallaşdırılan layihələr və Mərkəzin BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edəcəyi XXI ali səviyyəli toplantısı müzakirə edilib.

Bununla yanaşı, Mərkəzin üzvləri Filip Vuyanoviç, Rexhep Meydani, Monteneqronun Baş naziri İqor Lukşiç ilə VIII Qlobal Bakı Forumuna hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.