YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda elektron ticarət 1,5 dəfə artıb

2015-ci ilin yanvar ayında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib.

Qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz bəndi artıb. Cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları təşkil edib.