YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Havasını udub, çörəyini yedikləri torpağa xəyanət edənlər bağışlanılmırlar

Son günlər həyata keçirilən islahatlara, müharibədə qazanılan qələbələrə, xalqımızın birliyinə kölgə salmağa çalışan, dövlət məmurlarının, Yeni Azərbaycan Partiyasının üzvlərinin, deputatların, vəzifəli şəxslərin ünvanına təhqir və tənqid dolu ifadələr işlətməklə gündəmə gəlmək istəyən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev görəsən keçmişinə nəzər salıb güzgüdə özünə baxırmı və keçdiyi ləkəli yoldan, uyğunsuz hərəkətlərindən və söylədiyi ifadələrdən utanırmı? Bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə qeyd edib ki, əlbəttə, Əli Əliyev dünəninə baxmır və utanmır, çünki onda bu hislər yoxdur: “Kiminsə bir nöqsanını ümumiləşdirib dövlətin və xalqın adına yazmaq, deputatları, məmurları, yaxşıları hamılıqla yaltaq, savadsız, ikiüzlü, qorxaq, oğru kimi qələmə vermək, bir çox məsələlərdə ermənipərəst mövqedən çıxış etmək xəyanətdir. Özünü siyasi xadim kimi təqdim edən bir insan üçün başqalarının şəxsiyyətini alçaltmaq tərbiyəsizlik deyilmi?

“Əli Əliyev nə üçün özünü hamıdan ağıllı, uzaqgörən, ləyaqətli, savadlı, əxlaqlı hesab edir və bu keyfiyyətlər ona doğrudanmı məxsusdur? Sözsüz ki, belə deyil. Başqalarını yox, özümün və onun keçdiyi yola qısa nəzər salmağı lazım bilərdim. Mən elə də böyük imkanlara malik olmayan ailənin övladıyam. İki ali təhsilim var, aliməm, otuza yaxım kitabın müəllifiyəm. Əmək fəaliyyətinə fəhlə kimi başlamışam, jurnalist kimi çalışmışam və əlli ildən çoxdur ki, müxtəlif sahələrdə fəaliyyət göstərirəm, 27 ildən çoxdur YAP-ın üzvüyəm və bu partiyaya sadiqəm. Beş çağırış Milli Məclisin deputatıyam, əmək haqqım da yaxşıdır. Ancaq nə bahalı maşınım, nə evim, nə də bağım var. Bu, mənim qısa tərcümeyi halımdır. Amma özünü xalqın cəfakeşi, şöhtərli siyasətçi, lider kimi adlandıran Əli Əliyevin əmək fəaliyyəti, işi haqqında səy göstərsəm də heç kimdən dəqiq məlumat ala bilmədim. Lakin, onu öyrəndim ki, o üç partiya dəyişib. Üzv olduğu partiyalardan, Xalq Cəbhəsi və Milli İstiqlal Partiyalarından xəyanətkarlığına görə qovulubdur. O, biologiya müəllimidir, keçmişi də qaranlıqdır və əxlaqsızlıq edib öz dostunun həyat yoldaşının rəfiqəsini götürüb qaçıbdır. Hətta 2005-ci ildə Milli Məclisə seçilmək istəyərkən üç övladından ikisinin adını da gizlədibdir. O, övladlarını çöllərə salıbdır. Onun özünün bahalı maşını, evi, başqalarından fərqli geyimləri var. Bir də onun qoyduğu ləkəli izlər və xəyanətkar ləqəbi ona məxsusdur. Hələ keçmiş həyat yoldaşı Samirə Mirzəyevanın və bir çox siyasi həmfikirlərinin onun haqqında söylədikləri insana yaraşmayan alçaldıcı, təhqiramiz, insana yaraşmayan ifadələri demirəm. Bu mənim əxlaqıma ziddir. Göründüyü kimi, Əli Əliyevin bizdən yalnız və yalnız yaramaz hərəkətləri, silahdaşlarına, qonşusuna qarşı xəyanəti, yalan və şantajı artıqdır. Belə olan halda kim Əli Əliyevə məni və başqalarını təhqir etməyə səlahiyyət veribdir? Sıralarında 5-10 nəfər üzvü olan bir partiya sədrinin belə təkəbbürlü, iddialı danışmasına, hamını borclu çıxarmasına səbəb nədir? Yalan danışmaq, söyüş söymək, təhqir etmək, şərləmək, ağzı köpüklənə-köpüklənə danışmaq çıxış yolu deyil. Nöqsanı olan adamın səhvini üzünə demək və cavabını almaq lazımdır. Əli Əliyev isə tamam başqa yolu, şantaj yolunu tutub. Əgər o bununla qürrələnirsə, öyünürsə və bunu mübarizlik, vətənpərvərlik, xalqa xidmət hesab edirsə, yanılır və cəhdi əbəsdir. Çünki, Azərbaycan xalqı Əli Əliyev kimilərini dəfələrlə saf-çürük edib və sınaqdan çıxarıbdır. Heç bir yerdə işləməyən, faydalı bir əməklə məşğul olmayan, ancaq boş-boş danışan, xalqın və dövlətin imicinə, yaxşı insanların adına ləkə vuran, bahalı maşınlarda gəzib yaxşı yeyib-içən, başqalarının ailəsinə göz dikən, öz balalarının taleyinə acımayan belə adamların xəyanətkar olduğu, xarici mənbələridən qidalandığı hər bir kəsə yaxşı məlumdur. Dünyada nöqsansız və problemsiz dövlət və xalq yoxdur. Azərbaycanın ən böyük problemi, Qarabağın, torpaqlarımızın azadlığı, düşmənlərdən təmizlənməsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müzəffər şanlı ordumuz, cəsur xalqımız tərəfindən həll olunubsa, tarixi ədalət bərpa edilibsə, unudulmaz qələbə qazanılıbsa, deməli, xalqımız, dövlətimiz yenilməzdir, qəhrəmandır. Zəfərləri, qələbələri görməyən, qiymətləndirməyən Əli Əliyevlər, Əli Kərimlilər, Cəmil Həsənlilər isə xalqımızın cəfakeşləri yox, düşmənləridirlər, bizə qənim kəsilənlərin dəyirmanına su tökənlərdir, dövlətimizin adına ləkə yaxanlardır. Vaxt gələcək zaman onların da layiqli cavabını verəcəkdir. Çünki, havasını udub, çörəyini yedikləri torpağa xəyanət edənlər bağışlanılmırlar”, deyə Tahir Rzayev bildirib.