YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Əli Əliyev məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərir

“Bu gün özünü partiya lideri kimi təqdim edən Əli Əliyevin əslində siyasi təşkilatının adına uyğun fəaliyyət göstərməməsi göz önündədir. Hətta daha dəqiq desək Əli Əliyevin sədri olduğu partiyadakı “vətəndaş” ifadəsinin ona aidiyyatının olmadığını artıq əminliklə söyləmək mümkündür. Çünki bu ölkənin gerçək vətəndaşı torpaqlarımızın işğaldan azad olunmasına, dövlətimizin güclənməsinə, qalibiyyətinə, zəfərinə sevinir, qürurlanır və fəxr edir. Amma qazanılan tarixi zəfərə qara yaxan bir ünsürdən başqa nəyi isə gözləməyə də dəyməz”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, Əli Əliyevin siyasi fəaliyyətində dövlətə, xalqa, dövlətçilik maraqlarına aşkar xəyanət var: “Bu gün iqtisadi tənəzzül, siyasi böhran içində boğulan, məhvin astanasında olan Ermənistanda rüsvayçı məğlubiyyətə uğradıqlarını etiraf edirlər. Amma Əli Əliyev kimi siyasət həvəskarları Şanlı Qələbəmizi kölgə altında qoymağa cəhdlər göstərirlər? Bu faktın özü bilavasitə düşmən dəyirmanına su tökmək deyilmi? Bu fakt isbat etmirmi ki, Əli Əliyev öz çılğın və məzmunsuz, məntiqsiz ifadələri ilə erməni maraqlarına xidmət göstərir? Hesab edirəm ki, Əli Əliyevin xəyanətləri ilə bağlı bundan artıq sübuta, təsdiqə heç bir ehtiyac yoxdur”.

“Azərbaycanın qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi var. Bu ölkənin sarsılmaz, əbədi, möhkəm təməllərə söykənən xalq-iqtidar birliyi var və bu birlik, bu vəhdət hər birimizi növbəti zəfərlərə doğru aparır. Buna isə kimsənin şübhəsi olmamalıdır. Hətta deyərdim ki, Əli Əliyev kimi gəldi-gedər siyasət həvəskarları zamanı çatanda xalqın qarşısında bu gün sərgilədiyi oyunbazlıqlarına görə üzr istəməli olacaqlar” – deyə Milli Məclisin deputatı vurğulayıb.

A.Hüseynov qeyd edib ki, Əli Əliyevin qaragüruhçuluğu artıq tarixin arxivinə atılmış lazımsız bir əşya xarakteri daşıyır: “Pandemiya ilə mübarizəmiz başlayanda “VİP” sədri özünü dağa-daşa vurmaqla, isterik davranışları ilə gündəmdə qalmağa çalışırdı. Amma nə oldu? Ölkədə pandemiya ilə mübarizədə kifayət qədər uğurlar əldə olundu. Onun oyunbazlıqları isə nəticəsiz qaldı. 44 günlük Vətən müharibəsindən sonra isə Əli Əliyevin isterik səhnəcikləri davam etdi. Əsassız iddiaları ilə normal düşüncəli cəmiyyət qarşısında xal toplamağa çalışan bu adam sanki həmin zümrədə yer ala bilmədiyini anladıqca daha da aqressivləşir, açıq-aşkar düşmənçilik mövqeyini nümayiş etdirir. Amma əlbəttə ki, bütün bunlar əbəs çabalamalardır. Azərbaycan xalqı kimin-kim olduğunu çox gözəl bilir”.