YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi beynəlxalq əlaqələrini genişləndirir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında videoformatda görüş keçirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilk olaraq görüşdə iştirak edən “Ze! Molodizhka” təşkilatının üzvlərini salamladı və onları Ukraynanın müstəqillik günü münasibətilə təbrik etdi. YAP Gənclər Birliyinin fəaliyyəti haqqında ətraflı məlumat verən B.İslamov Azərbaycan və Ukrayna arasında sağlam dayaqlara əsaslanan ikitərəfli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışdı. Qeyd etdi ki, hər iki ölkə arasında mövcud münasibətlərin nümunəsi olaraq hakim partiyaların gənclər təşkilatları arasında da sıx münasibətlərin qurulması olduqca vacibdir. Bu baxımdan birgə işlərin görülməsi, tərəfdaşlığın artırılması və nəticə etibarilə hər iki ölkənin gənclərinin inkişafına xidmət edən layihələrin keçirilməsi önəmli əhəmiyyət daşıyır.

“Xalqın Xidmətçisi” partiyasının “Ze! Molodizhka” təşkilatının sədri Oleksandr Sançenko öz növbəsində görüşün təşkilinə görə təşəkkür etdi. Təmsil etdiyi təşkilat haqqında məlumat verərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin uğurlu fəaliyyəti və öncül təcrübəsindən yararlanmağa maraqlıdırlar. Ona görə də bu istiqamətdə ikitərəfli sıx əlaqələrin qurulması olduqca vacibdir.

Görüş zamanı Oleksandr Sançenko YAP Gənclər Birliyinin sədrini Ukraynaya səfərə dəvət etdi və bu səfərin iki tərəf arasında mövcud münasibətlərin inkişaf etdirilməsi, o cümlədən birgə təcrübə mübadiləsi aparılması baxımından effektiv olacağına əminliyini ifadə etdi.

B.İslamov öz növbəsində dəvətə görə təşəkkür etdi, qarşılıqlı əlaqələrin dərinləşməsinin vacibliyini diqqətə çatdırdı.

Görüşdə hər iki təşkilat arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu.