YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Kəlbəcərdə girov götürülən azərbaycanlıların azad edilməsi ilə bağlı ciddi işlər görülür

"Kəlbəcərdə girov götürülən azərbaycanlıların azad edilməsi ilə bağlı ciddi işlər görülür. Cənab Prezidentin xüsusi tapşırığı ilə dövlət orqanları da, parlament səviyyəsində də Avropa təşkilatlarında, xarici səfərlərdə biz bu məsələni qaldırırıq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Kəlbəcər Azərbaycanın əzəli torpağıdır və əgər iki nəfər öz doğmalarının qəbrini ziyarət etməyə gedibsə, bunda cinayət ola bilməz.