YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensialı Almaniyanın müxtəlif şəhərlərində təbliğ olunur

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu il martın 4-dən 8-dək Almaniyanın Berlin şəhərində keçiriləcək “İTB Berlin-2015” Beynəlxalq turizm sərgisində iştirakı nəzərdə tutulub.
Nazirliyin Almaniyadakı turizm nümayəndəliyi ilə əməkdaşlığı əsasında “İTB Berlin” Beynəlxalq turizm sərgisi çərçivəsində fevralın 23-dən etibarən Almaniyanın Hamburq, Münxen və Frankfurt şəhərlərindəki avtobus, tramvay və metrolarda Azərbaycan turizminin loqosunu və internet səhifəsini özündə əks etdirən reklam kartları (swing cards) yerləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kampaniya martın 8-dək davam edəcəkdir.
Həmçinin martın 2 –dən 16-dək Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” Beynəlxalq turizm sərgisində iştirak edirlər. Eyni zamanda, bu il martın 5-də Azərbaycanın milli stendində “Happy hours” tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və KİV nümayəndələri üçün təqdimat keçiriləcək, biznes görüşləri təşkil olunacaqdır.