YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.