YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibar Mirzəyev: Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları tam icra edilib

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

Bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev avqustun 13-də jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.

 

DİGƏR Xəbərlər Arxiv