YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak ediblər

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər - dalğıc hazırlığı” kursunda iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdikləri kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Hər il keçirilən kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.