YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze ilə bir sıra məsələləri müzakirə edib

Azərbaycanda rəsmi səfərdə  olan Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze mayın 14-də Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb.

Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə bir sıra  məsələlər müzakirə edilib.


 

DİGƏR Xəbərlər Arxiv