YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının ildönümü anılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı faktı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Bu soyqırımı həqiqətləri hazırda dünya ictimaiyyətinə çatdırılır. Son illər ölkəmizin bu yöndə gördüyü işlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər, Milli Məclisin, Xarici İşlər Nazirliyinin və diaspor təşkilatlarımızın fəaliyyəti təqdir olunmalıdır. Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan soyqırımla əlaqədar dünyanın nüfuzlu təşkilatlarına müraciətlər ünvanlayıb. Hazırda gənclərimiz aksiyalar keçirirlər. Onlar dünya ölkələrinə, aparıcı təşkilatlara, o cümlədən ABŞ-ın müvafiq qurumlarına soyqırımı hadisələrini əks etdirən məlumatlar göndərirlər. Ümumiyyətlə, ölkəmiz bu faciə ilə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu işlərin davam etməsi Azərbaycanın Ermənistan üzərində ideoloji qələbə qazanmasına və mühüm nəticələr əldə etməsinə gətirib çıxaracaq.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Xocalı faciəsinə gedən yola diqqəti cəlb edib. Bildirib ki, Azərbaycan xalqı müstəqillik istəyirdi. Sovet imperiyası isə bunu heç cür qəbul edə bilmirdi. Odur ki, sovet ordusu 1990-cı il yanvarın 20-də əliyalın əhalinin üzərinə ağır artilleriya ilə hücum edib, insanları qətlə yetirib. Sumqayıt hadisələrində də qəddarlıqlar çox idi. Bu hadisələrlə sanki Xocalı faciəsinə hazırlıq görülürdü.
Qırğın üçün Xocalı da təsadüfən seçilməmişdi. Çünki bu şəhər mühüm strateji mövqeyə malik idi.
Anım tədbirində iştirak edən dini icmaların nümayəndələri də Xocalıda uşaqların, qadınların, yaşlıların amansızlıqla qətlə yetirildiyini söyləyib, bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.

 

DİGƏR Xəbərlər Arxiv