YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Elmi fəaliyyətin qanuni əsaslarının yaradılması, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni qanunun qəbulu zərurətə çevrilib

"Bu gün Azərbaycan yüksək sürətli inkişaf tempinə malikdir və əldə edilən nəticələr bütün sahələr üzrə inkişaf meyllərini şərtləndirir. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin inkişafı sahəsində də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiririlr". Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova "Elm haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır: "Bilirsiniz ki, 2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilib. Təbii ki, bu Dövlət Proqramının qəbulu Azərbaycanda elmin inkişafı sahəsində yeni pəncərənin açılmasına, yeni perspektivlərin yaranmasına imkan verir.”

Eyni zamanda, millət vəkili vurğulayıb ki, son illər ərzində, elm müəssisələrinin maddi-texniki təminatlarının gücləndirilməsi, elmi işçilərin maddi rifah halının yaxşılaşdırılması, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadr hazırlığı işinin, Milli Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi yönündə müxtəlif qərarlar qəbul olunub. Bütün bunlar isə Azərbaycan elmi qarşısında yeni üfiqlər açıb.