YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Qeyri-neft sektorunun yüksək inkişafı büdcəyə əlavə 1 milyard manatdan artıq vergi və gömrük daxilolmalarına səbəb olub

Azərbaycan iqtisadiyyatı 2021-ci ilin birinci yarısını artımla başa vurub. Ötən il qlobal fəlakətlərin yaşanması, pandemiyanın iqtisadiyyata vurduğu ağır təsirlər və digər mənfi meyillərin yaranması ümumi daxili məhsulun (ÜDM)  4 faiz azalmasına səbəb olmuşdu. Ancaq 2021-ci ilin ilk aylarından etibarən iqtisadiyyatda bərpa proseslərin sürətlənməsi, postpandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanı təmin etməkdədir. Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında ölkəmizdə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul istehal olunub və bu, əvvəlki ilin eyni dövrüilə müqayisədə 2,1 faiz artım deməkdir. Yəni, Azərbaycan iqtisadiyyatı artıq gerilmə frazasından yeni inkişaf fazasına daxil olub”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov 2021-ci ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini şərh edərkən bildirib.

Aydın Hüseynov qeyd edib ki, Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində Azərbaycan pandemiyanın mənfi təsirlərini artıq arxada qoymaqdadır, Vətən müharibəsində Zəfərdən sonra ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır. Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. “Cari ilin ilk yarım ili ümidverici başlayıb, iqtisadi islahatlarla əhatə edilən yeni maliyyə ili uğurlu makroiqtisadi göstəricilərlə müşayiət edilməkdədir. 2021-ci ilin 6 ayı ərzində ÜDM-in artımında əsas inkişaf sütunları iqtisadiyyatın qeyri- neft-qaz sektoru olub. Bu sahədə 5,1 faiz artım qeydə alınıb və 2,1 faiz iqtisadi artımı da məhz qeyri-neft gəlirləri təmin edib. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neft sektoru üzərində deyil, qeyri-neftə əsaslanan möhkəm sütun üzərində inkişaf edir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü A.Hüseynov onu da bildirib ki, qeyri-neft sektorundakı inkişaf meyilləri həm də ölkəmizin maliyyə-büdcə-vergi sektorlarında artımların təminatınçına çevrilıib. “2021-ci ilin ilk 6 ayında büdcə daxilolmalarında mühüm tendensiyanı görmək mümkündür. Altı ay ərzində dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12,6 milyard manata bərabər olub. Büdcədə gəlirlərin əsas böyük hissəsi vergi orqanları tərəfindən təmin olunub. Vergi orqanları dövlət büdcəsinə 4,3 milyard manat vəsait köçürüb ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3,1 milyard  manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Gömrük orqanlarının xəttilə büdcəyə 2,038 milyon manat vəsait daxil olub ki, bu da bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz  çoxdur. Deməli, birinci yarımildə vergi və gömrük orqanları büdcəyə 1,1 milyard manata yaxın artıq vəsait toplayıb. Bu da qeyri-neft gəlirləri hesabına təmin edilib. Yəni büdcəyə, Neft Fondunun 1 milyard manat həcmində tarnsfertlərinin köçürülməsinə də ehtiyac qalmayıb. Büdcə artıq neft transfertlərinin azalması, birbaşa fiskal yığımların hesabına təmin edilməkdədir. Bu o deməkdir ki, ölkəmizdə qeyri-neft gəlirləri dominant rol oynamaqla, inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib.  Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, son illərdə vergi islahatları - uçota alınmalı olan vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi, elektron qaimə-fakturanın təqdim edilməsi vaxtı və növlərinin, ƏDV ilə bağlı azadolmaların tətbiqi,  vergi daxilolmalarının  son 10 ildə 4,3 mlrd manatdan 7,4 mlrd manata çatmasında mühüm rol oynayıb. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2010-cu illə müqayisədə 2,3 mlrd manatdan 2020-ci ildə 5,6 mlrd manata çatıb. Qeyri-neft-qaz sektoru üzrə daxilolmaları hazırda 75,9 %-ə yüksəlib.
Millət vəkilinin sözlərinə görə, cari ilin ilk 6 ayında büdcə siyasəti də səmərəli və sosial-iqtisadi inkişafa təkan verən strateji xəttə uyğun yürüdülüb. “2021-ci ilin bitimci yarımilində dövlət büdcəsinin xərcləri tam şəkildə icra edilib. Büdcədə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5,1 milyard manat məbləğində icra olunub. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 127 milyon manatdan artıqdır. Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Büdcədə cari xərclərlə yanaşı, əsaslı xərclər artıqlaması ilə yerinə yetirilib, eyni zamanda, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər artıq icra edilib. Dövlət büdcəsində 2,5 milrad manat profisit yaranıb. Bu o deməkdir ki, ölkəmizdə büdcəyə nəzarət, xərclərin səmərəliliyinin yüksəldilməsi, şəffaflıq daha da güclənməkdədir. Hazırda fiskal dayanıqlılığın gücləndirilməsi, gəlirlərin sabitliyinin təmini, xərclərin səmərəliliyinin artırılması, dövlət borcunun düzgün idarə edilməsi istiqamətində islahatlar davam etdirilir, fiskal intizam və resurslardan rasional istifadə üçün kontrtsiklik maliyyə siyasətinə keçid sürətlənib, Ortamüddətli Xərclər Çərçivəsi əsasında nəticəəsaslı büdcəyə keçid siyasəti həyata keçirilməkdədir. Bütün bunlar isə nəticədə büdcə xərclərinin daha səmərəli istifadəsinə imkan yaradır”.