YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərhədlərin təhlükəsizliyinin birgə təmin olunması Azərbaycan və İranın milli maraqlarına uyğundur

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev fevralın 24-də bu ölkənin Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rerzai ilə görüşüb.
Görüşdə qaçaqmalçılığa və sərhədlərin pozulması hallarının qarşısının alınması istiqamətində birgə mübarizə aparılması, sərhəd-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, iş prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan ilə İran arasındakı münasibətlər inkişaf etməkdədir. Siyasi, iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı hər iki ölkənin sərhəd xidmətləri də yaxından əməkdaşlıq edərək narkotik maddələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısını almalıdırlar. Hər bir dövlətin təhlükəsizliyinin təmin olunması onun sərhədindən başlayır. Odur ki, hər iki dövlətin təhlükəsizliyinin təmin olunması üçün sərhəd qoşunlarının qarşılıqlı əlaqələr yaradaraq əməkdaşlıq etməsi zəruridir. Sərhədlərin birgə qorunaraq təhlükəsizliyinin təmin olunması hər iki dövlətin milli maraqlarına uyğundur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrin nəticəsində razılaşdırılmış məsələlərə dair protokol imzalanıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovda iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv