YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailin xarici işlər naziri Xocalı soyqırımı qurbanlarını yad edəcək

İsrail Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən İsraildə silsilə tədbirlər keçirilir. Təşkilat “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sabah Akko şəhərində Azərbaycan və İsrail dövlət xadimlərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilən anım mərasimi təşkil edəcək.

Azİz-dən verilən məlumata görə, mərasimdə İsrail Baş nazirinin müavini, xarici işlər naziri, Knessetin deputatı A.Liberman, Azİz-in prezidenti, Knessetin deputatı Aleks Miller, Milli Məclisin deputatı, “Xocalıya ədalət!” kampaniyasının nümayəndəsi Fuad Muradov və digər rəsmi şəxslərin, həmçinin İsraildəki Azərbaycan diaspor nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbirdə Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar olacaq, faciədən bəhs edən film nümayiş etdiriləcək və soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınmasına dair müzakirələr aparılacaq.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü olan Afula Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xocalı soyqırımına həsr edilən anım mərasiminin keçirilməsi nəzərdə tutulub.

DİGƏR Xəbərlər Arxiv