YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə əlaqədar sərgi açılıb

Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində Ankarada fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə “Qarabağda üç nəsil bir soyqırımı” adlı sərgi açılıb.
Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, rəsmi açılışında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Meral Akşənər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar  və başqaları sərginin xatirə kitabına Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıblar.
Sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalandan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən fotolardan ibarət stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib. Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olarkən işğalçı tərəfin işgəncələrinə məruz qalan və digər məşəqqətlərlə üzləşən soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olub.
Tədbirdə TÜRKSAM-ın rəhbər şəxsləri, azərbaycanlı millət vəkili Elman Məmmədov, Xocalı sakinləri Rahilə Quliyeva və Ramiz Qəhrəmanov, səfirliyimizin əməkdaşları, elm, təhsil və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Ankarada təhsil alan tələbələr iştirak ediblər.
İştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanıb.