YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  Elman  Nəsirov  68 saylı Cəlilabad kənd seçki dairəsində seçiciləri ilə görüşüb.

Görüş zamanı kənd sakinlərini narahat edən problemlər dinlənilib və  müraciətlər qeydə alınıb.  Qəbulda əlillik dərəcəsinin alınması, şəhid adının əbədiləşdirilməsi, suvarma və içməli su ilə təminat sahəsində yaranan problemin aradan qaldırılması, bəzi kəndlərdə elektrik dirəklərinin yenilənməsi, fermerlərə subsidiyaların verilməsi, qaz çəkilişinin sürətlənməsi, məşğulluq və digər problemlərin həlli istiqamətində bugünədək görülən  və bundan  sonra da görüləcək işlərdən bəhs edilib.

Millət vəkili Elman Nəsirov gündəmə gətirilən  məsələlərin araşdırılacağını və həlli üçün aidiyyatı qurumlara  müraciətlər  ünvanlanacağını bildirib.