YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Azərbaycan Prezidenti qonşu ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir

Azərbaycan Prezidenti qonşu ölkələrlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İran ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması isə rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətidir.
Bu fikirləri Qoşulmama Hərəkatının Tehranda keçirilən konfransında iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Nazir bildirib ki, eyni tarixə, dini və mənəvi dəyərlərə malik olan xalqların mehriban qonşuluq və dostluq şəraitində yaşaması dövlətlərin maraqlarına uyğundur. Məhz xalqlarımızın maraqlarından çıxış edən hər iki ölkənin prezidentləri qarşılıqlı əlaqələri inkişaf etdirməkdə qərarlıdırlar. Prezidentlərin qarşılıqlı rəsmi səfərlərindən sonra münasibətlərin daha intensiv şəkildə inkişafı müşahidə edilir.
Əli Abbasov İranın elmlər, tədqiqat və texnologiyalar naziri Məhəmməd Fərhadi ilə keçirdiyi görüşü xatırladaraq bildirib ki, söhbət zamanı yüksək texnologiyalar sahəsində səmərəli müzakirələr aparılıb. Azərbaycan texnoparkların yaradılması təcrübəsinə malikdir və İranla bu sahədə əməkdaşlıq etməkdə maraqlıdır.
Texnologiya sahəsində əməkdaşlığın hər iki ölkənin iqtisadi artımına təsir edəcəyini diqqətə çatdıran nazir bu sahədə əlaqələrin qurulması üçün İranın elmlər, tədqiqat və texnologiyalar nazirini Bakıya dəvət etdiyini bildirib.