YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Xosalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir

«Xalqımız Xocalı faciəsini heç bir zaman unutmayacaq. Çünki Xocalı faciəsi zamanı sadə, əliyalın, köməksiz insanlar erməni vəhşiliyinin qurbanı olublar». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, biz hamılıqla dünyanın bu faciəyə biganə qalmamasına çalışmalıyıq. Onun sözlərinə görə, çünki Xosalı faciəsi  XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir.

«Tarixi saxtalaşdırmaqla məşğul olan ermənilər mövcud olmayan, tarixdə baş verməyən qondarma «erməni soyqırımı»nı dünyaya təbliğ etməklə özlərini məzlum xalq kimi qələmə verməyə çalışırlar. Amma, əslində yüz ildən çoxdur ki, özləri türk millətinə qarşı zaman-zaman qətliyamlar , soyqırımlar törətməkdədirlər. Onların Xocalıda azərbaycanlılara qarşı qəddarcasına törətdikləri soyqırımı isə çox da uzaq olmayan bir dövrdə baş verib və bu soyqırımın canlı şahidləri hələ də sağdırlar. Məhz Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra  Xocalı soyqırımına düzgün siyasi qiymət verildi və qətliamın təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlandı. Xocalı soyqırımının dünyada təbliğ olunmasında Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri vardır. Bu gün hər bir azərbaycanlının qarşısında duran ən ümdə vəzifə Azərbaycan həqiqətlərini, o cümlədən,  ölkəmizin acı tarixini dünya ictimaiyyətinə çatdırmaqdır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.