YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri şəhid ailəsini ziyarət ediblər

        YAP Gənclər Birliyinin üzvləri partiyanın Saatlı  rayon təşkilatı Gənclər Birliyinin sədr müavini şəhid leytenant Xalid Nəciyevin  doğum günü münasibətilə ailəsini ziyarət ediblər.

        YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, YAP Gənclər Birliyinin üzvləri,  rayon təşkilatının fəalları, könüllülər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə  gül dəstələri düzüblər.

      Şəhid leytenant Xalid Nəciyevin məzarını  ziyarət edən YAP Gənclər Birliyinin üzvləri sonra ailəsi ilə görüşüb,   problemləri ilə maraqlanıb, Vətən üçün belə qəhrəman övlad yetişdirdiklərinə görə valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Ziyarət zamanı şanlı  Zəfərimizdən, Azərbaycan gəncliyinin torpaq, Vətən sevgisindən, milli ruhda tərbiyəsindən bəhs olunub. Bildirilib ki, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”, “Torpaqdan pay olmaz, ömürdən pay olar” deyib düşmən tapdağı altında olan ərazilərimizin azad edilməsi üçün silaha sarılaraq şəhidlik zirvəsinə ucalan Xalid kimi gənclərimizin həyat yolu bir vətənpərvərlik məktəbidir. İkinci Qarabağ müharibəsi  Azərbaycanın igid əsgər və zabitlərinin qəhrəmanlıq dastanıdır. Gələcək nəsillər bu dastanı dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq.

     Şəhid leytenant Xalid Nəciyevin  ailəsi dövlətimizin, Yeni Azərbaycan Partiyasının  göstərdiyi   diqqət və qayğını yüksək qiymətləndirib,  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevə və Azərbaycanın  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.