YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq

«Tarixən xalqımıza qarşı qətliamlar törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla qətlə yetirilməsi bu faciələrin ən dəhşətlisi oldu». Bu sözləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi. Onun sözlərinə görə, öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq.

«Əlbəttə ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı. Məlum olduğu kimi, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistanın dövlət başçısı Serj Sarkisyandır. Xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımını hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır»- deyə, deputat qeyd edib.