YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının XI hesabat konfransı keçirilib

İyunun 29-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib. T.Tağıyev bildirib ki, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatında mühüm yeniliklərin əsasını qoyub, partiyamız yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, partiyamızın Bakı şəhəri üzrə ilk yerli təşkilatı Nərimanov rayonunda yaradılıb.

Qeyd edilib ki, YAP Nərimanov rayon təşkilatının X konfransında üzvlərin sayı 21300 nəfər olduğu halda, XI konfransa qədərki dövrdə üzvlərin sayı 22888 nəfərə çatıb. Hal-hazırda ərazi ilk partiya təşkilatlarının sayı 120-dir. Hesabat dövründə  rayon təşkilatı tərəfindən siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şəhid ailələrinə qayğı göstərilməsi istiqamətində müxtəlif tədbirlər keçirilib.

Sonra YAP Nərimanov rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nizami Babaşovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini, Təhsil nazirinin müavini Firudin Qurbanov, YAP  Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstutunun direktoru Misir Mərdanov, YAP Nərimanov rayon təşkilatının Şura üzvü, Odlar Yurdu  Universitetinin rektoru Əhməd Vəliyev, YAP Nərimanov rayon təşkilatı ərazi ilk partiya təşkilatının sədri, 45 saylı tam orta məktəbin direktoru, şəhidin  həyat yoldaşı Nəcibə Axundova və YAP Nərimanov rayon təşkilatının üzvü, şəhid atası Arif Hümbətov çıxış edərək YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri  yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.    

XI hesabat konfransının keçirilməsi münasibətilə YAP Nərimanov rayon təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.