YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının X hesabat konfransı keçirilib

İyunun 29-da Yeni Azərbaycan Partiyası Sabunçu  rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Öncə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olan Vətən övladlarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabunçu  rayon təşkilatının sədri Mehriban Abasquliyeva  hesabat məruzəsi ilə çıxış edərək bu gün  sıralarında 760 mindən artıq üzvü birləşdirən, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan mövqeyindən, siyasi çəkisindən bəhs edib. Bildirib ki, YAP yarandığı gündən milyonların partiyasına çevrilib, öz  siyasi əqidəsinə, tutduğu yola sadiq olub.

M.Abasquliyeva  deyib ki, YAP Sabunçu rayon təşkilatı 1993-cü il  yanvar ayında 30 nəfərdən ibarət  təşkilat komitəsi ilə fəaliyyətə başlayıb: “IX konfransdan  bu günə YAP Sabunçu rayon təşkilatının   sıralarına 850  nəfər yeni üzv   daxil olub.   Hesabat dövründə 6 ərazi ilk partiya təşkilatı  yaradılıb. IX konfransda təşkilatın  9951 nəfər üzvü var idi.  Hazırda yeni üzvlərin daxil olması ilə bu rəqəm   10801 nəfərdir.   Onlardan 6122 nəfər qadın, 4679 nəfər  kişi,  4253 nəfər  gənclərdir”.

Sonra YAP Sabunçu  rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nəbi Hacıyevin  hesabatı dinlənilib.

Müzakirələr zamanı 252 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xədicə  Eminova, 74 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Murad Zeynalov, YAP  Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan  Şahverdiyev,  YAP Sabunçu rayon  təşkilatı  İdarə Heyətinin üzvləri  Asif  Qurbanov  və  Gülnaz  Abdullayeva  çıxış edərək YAP Sabunçu  rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin  müdrik rəhbərliyi ilə   Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi,  ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi,  xalqın  rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi,  milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi iqtidarında olan ordunun daha da güclənməsi,  44 günlük Vətən müharibəsində əldə olunan  parlaq Qələbə nəticəsində ərazi bütövlüyü təmin edilən  Azərbaycanın  beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə  ardıcıl siyasət həyata keçirilir.  Bu poseslərdə YAP daim ön sırada olub. 

Ə.Tağıyev YAP Sabunçu rayon təşkilatına gələcək fəaliyyətində uğurlar diləyib.

Konfransda YAP Sabunçu  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.