YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidentinin Baş müşaviri: Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada keçirilmiş mərasimdə iştirak edən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın jurnalistlərə müsahibəsində bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasını istəyirsə, ilk növbədə işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır.
Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu diqqətə çatdıran baş müşavir Xocalı soyqırımına ilə bağlı üzüntülərini çatdırıb. O deyib: ”Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var”.