YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər Dünyası” qəzetinin əməkdaşları hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşəbbüsü ilə bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçiriblər.
İB-dən bildirilib ki, tədbirlər zamanı ictimaiyyət ermənilərin törətdiyi vəhşiliklər haqda məlumatlandırılıb və iştirakçılara Xocalı, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim olunub.
Silsilə tədbirlərdə 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışılıb. Vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız və günahsız əhaliyə qarşı tarixdə görünməmiş qəddarlığa əl atıblar. Onlar keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 613 mülki şəxsi amansızlıqla qətlə yetiriblər. Vəhşiləşmiş ermənilər hətta qadınlara, uşaqlara və yaşlı sakinlərə belə aman verməyərək, onları qəddarcasına güllə-boran ediblər. Xocalı faciəsi yalnız azərbaycanlılara deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu, XX əsrin sonlarında dünyada görünməyən soyqırımıdır. İnsanlığa qarşı bu kimi cinayətlər cəzasız qalmamalıdır.